"Qəbələ" Türkiyədə ilk sınağına çıxacaq

Əziz Əzizli
"Qəbələ" Türkiyədə ilk sınağına çıxacaq

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirəcək.

"Operativ Media" xəbər verir ki, “qırmızı-qaralar” qardaş ölkədəki hazırlığın ikinci günündə Moldova təmsilçisi “Sukleya” ilə görüşəcək. Qarşılaşma komandanın məskunlaşdığı “Termal otel”in məşq bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

“Qəbələ” Boluda üç yoxlama matçı keçirəcək.

Yoxlama oyunu

12 iyul

17:00. “Qəbələ” - "Sukleya" (Moldova)

Digər xəbərlər