Transfer çalışmalarını davam etdirən Fransanın PSJ klubu heyətinə yeni qapıçı cəlb etmək istəyir.
"Operativ Media" xəbər verir ki, Paris təmsilçisi Canluici Donnarummanın ehtiyatı üçün qapıçı axtarır və "Tottenhem"dən Huqo Lloris üçün təklif göndərməyi düşünür.
“Nottingem Forest”ə icarəyə verilən və bu mövsüm komandaya qayıdan Keylor Navasın heyətdə düşünülmədiyi üçün satılacağı gözlənilir.






