UEFA klub yarışlarının formatını dəyişir - FOTO

Əziz Əzizli
UEFA klub yarışlarının formatını dəyişir - FOTO

2024/2025 mövsümündən etibarən UEFA-nın üç klub turnirlərində komandaların sayı 32-dən 36-ya yüksələcək.

"Operativ Media" xəbər verir ki, Çempionlar Liqasında illərdir istifadə olunan qrup sistemi dəyişəcək və yeni formatlı liqa sistemi ilə  əvəz olunacaq.

Turnirə ümumilikdə 36 komanda qoşulacaq. Komandalar tək bir qrupda, 36 komandalı liqa üsulu ilə mübarizə aparacaq.

Liqanı ilk 8-likdə bitirən komandalar birbaşa 1/16 final mərhələsinə yüksələcək. Liqanı 9-24 aralığında bitirən komandalar bir-biriləriylə qarşılaşaraq pley-off mərhələsi oynayacaq. Turu keçən 8 komanda 1/16 final mərhələsinə adlayacaq.

2024/25-ci ildən etibarən Avropa Liqası və Avropa Konfrans Liqasında da ənənəvi qrup mərhələsi ləğv ediləcək və daha çox qarşılaşmanın olduğu liqa mərhələsi tətbiq olunacaq.

Avropa Liqasında hər komanda liqa mərhələsində 8, Avropa Konfrans Liqasında isə hər komanda liqa mərhələsində 6 oyun keçirəcək.

Hər iki turnir 36 komanda ilə başlayacaq.

Digər xəbərlər