"Qalatasaray" Bundesliqadan müdafiəçi transfer etdi
Əziz Əzizli
Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Qalatasaray" "Leypsiq"in sol cinah müdafiəçisi Ancelinonu heyətinə qatıb.
"Operativ Media" xəbər verir ki, Alman komandası ilə hər məsələdə anlaşan “Qalatasaray” 26 yaşlı futbolçunu 2 milyon avroya bir mövsümlük icarəyə götürəcək. Müqaviləyə şərti satınalma bəndi də daxildir.
Ancelino tibbi yoxlamadan sonra rəsmi müqaviləyə imza atacaq və "sarı-qırmızılı" komandanın Avstriya düşərgəsinə qatılacaq.
Ötən mövsümü icarə əsasında "Hoffenhaym"da keçirən Ancelino 35 oyunda 1 qol və 12 məhsuldar ötürmə edib.
Teqlər:
"\"Qalatasaray\" Bundesliqadan müdafiəçi transfer etdi"