http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Beynəlxalq Maliyyə Korporasiyası ilə Azərbaycan arasında perspektiv layihələr üzrə potensial əməkdaşlıq müzakirə edilib (YENİLƏNİB)

12 İyul 2023 , 18:58
Beynəlxalq Maliyyə Korporasiyası ilə Azərbaycan arasında perspektiv layihələr üzrə potensial əməkdaşlıq müzakirə edilib (YENİLƏNİB)

Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə dövlət-özəl tərəfdaşlığı proqramlarının rəhbəri Mehita Fanni ilə görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektiv layihələr barədə müzakirə aparılıb.

"Operativ Media" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Avropa regionu üzrə dövlət-özəl tərəfdaşlığı proqramlarının rəhbəri xanım Mehita Fanni ilə görüşündə ölkəmizin İFC ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyi vurğulanıb, təşkilatın biznes mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi kimi istiqamətlər üzrə ölkəmizdə reallaşdırılan layihələrə dəstəyinin əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycanın sosial-iqtisadi hədəfləri, o cümlədən, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı yönündə islahatlar, biznes mühitinin yaxşılaşdırılması, dövlət-özəl tərəfdaşlığı, azad olunmuş əraziərimizdə reinteqrasiya tədbirləri və s. barədə məlumat verilib, İFC ilə tərəfdaşlığın gücləndirilməsi imkanları bildirilib.

Tərəflər əməkdaşlığın prioritet istiqamətləri, dövlət-özəl tərəfdaşlığının təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə müzakirə aparıblar.

*** 17:27

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə dövlət-özəl tərəfdaşlığı proqramlarının rəhbəri Mehita Fanni ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov "Twitter"də bildirib.

"Beynəlxalq Maliyyə Korporasiyasının  Avropa regionu üzrə dövlət-özəl tərəfdaşlığı proqramlarının rəhbəri xanım Mehita Fanni ilə ölkəmizin təşkilatla əlaqələri, dövlət-özəl tərəfdaşlığının təşviqi sahəsində görülən işlər və perspektiv layihələr üzrə potensial əməkdaşlıq barədə müzakirələr apardıq", - nazir qeyd edib.

 

Nərmin Qocamanova

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
Menyu