"Qarabağ”ın UEFA-ya qarşı qaldırdığı iddiaya İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq tarix bəlli olub.
"Operativ Media" xəbər verir ki, qurumun iclası avqustun 29-da olacaq.
İkinci Vətən müharibəsi günlərində "atlılar"ın mətbuat xidmətinin o vaxtkı rəhbəri Nurlan İbrahimovun sosial şəbəkə hesabında müharibə ilə bağlı paylaşımı səbəbindən UEFA "Qarabağ"ı 100 min avro məbləğində cərimələmiş, İbrahimova isə ömürlük futbol fəaliyyətinə qadağa qoymuşdu.






