Menyu

"Qalatasaray" Gürcüstan millisinin müdafiəçisini transfer etmək istəyir

Əziz Əzizli
"Qalatasaray" Gürcüstan millisinin müdafiəçisini transfer etmək istəyir

Son Türkiyə çempionu "Qalatasaray" Rusiya Premyer Liqa komandalarından olan "Dinamo Moskva"da çıxış edən 21 yaşlı gürcüstanlı müdafiəçi Saba Sazonovla maraqlanır.

"Operativ Media" "championat.com" saytına istinadən xəbər verir ki, “Qalatasaray” Saba Sazonovun transferi üçün futbolçunun menecerindən məlumat alıb. Xəbərdə hələlik klubla rəsmi əlaqənin olmadığı da bildirilib.

Gürcüstan millisinin də şərəfini qoruyan Sazonov geridə qalan mövsümdə çox uğurlu çıxış etməyi bacarıb. 33 oyunda iştirak edən mərkəz müdafiəçisi 1 qol vurmağı bacarıb.

Bazar dəyəri 3 milyon avro olan gənc futbolçunun müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Ona görə də futbolçu gəlmək istəyərsə Rusiya komandasının problem yaratmayacağı gözlənilir. Sazonov müdafiəçi olmasına baxmayaraq, keçirdiyi 90 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər