14 İyul 2023, 08:55
Musa Qurbanlı "Malmö" oyunda debüt edə bilər
Musa Qurbanlı "Malmö" oyunda debüt edə bilər şəkil
Musa Qurbanlı "Malmö" oyunda debüt edə bilər

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı yeni komandası “Yurqarden”ə hələ də qoşulmayıb.

"Operativ Media" xəbər verir ki, bunu İsveç klubunun idman direktoru Bosse Andersson açıqlayıb. Onun sözlərinə görə, Qurbanlı və digər transfer Feliks Vanın bütün sənədləşmə işləri qaydasında olsa, onlar həftəsonundan etibarən məşqçilər korpusunun sərəncamında olacaqlar.

Andersson əlavə edib ki, sənədləşmə prosesi hətta iyulun 17-nə çatsa belə, Qurbanlı məşq etmədən həmin gün ilk rəsmi matçına çıxa bilər: “Planımız Musa Qurbanlı və Feliks Vanın həftəsonu düşərgəyə qoşulması və bazar ertəsi “Malmö” ilə böyük oyunda meydana çıxmasıdır. Ümid edirik ki, sənədləri vaxtında qaydasına salacağıq. Oyunçular hətta məşqsiz də çempionat matçına çıxa bilərlər”.

Qeyd edək ki, “Qarabağ”dan transfer edilən Musa Qurbanlı “Yurqarden”lə 3 illik müqavilə imzalayıb. İyulun 17-də “Malmö” ilə ev görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq

Son xəbərlər
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub
Xırdalanda restoranda yanğın baş verib
25 Mart 2025, 20:58
Dəmiryol keçidində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq
Azərbaycan - Belarus oyununun start heyəti açıqlandı
Kreml: Rusiya və ABŞ davamlı sülhə nail olmaq üçün fəaliyyəti davam etdirəcəklər
ABŞ İran kəşfiyyatçılarına sanksiya tətbiq etdi
Putin Trampa onun portretini hədiyyə edib