Ana səhifə / İdman / Adrian Mutu "Neftçi"ni məşqə çıxaracaq Adrian Mutu "Neftçi"ni məşqə çıxaracaq 14.07.2023, 16:00 Əziz Əzizli "Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirir. "Operativ Media" xəbər verir ki, “ağ-qaralar” yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında bu gün ilk məşqinə çıxacaq. Bakı vaxtı ilə saat 18:00-dan etibarən “Smena” stadionunda keçiriləcək məşq “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. "Neftçi" sabah "Fənərbağça" ilə qarşılaşacaq. Görüş saat 15:00-da başlayacaq. Teqlər: "Adrian Mutu \"Neftçi\"ni məşqə çıxaracaq"