Menyu

UEFA "Barselona" və "Mançester Yunayted"i cərimələdi

Əziz Əzizli
UEFA "Barselona" və "Mançester Yunayted"i cərimələdi

UEFA İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Yunayted” komandalarını cərimələyib.

"Operativ Media" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna sözügedən klubların 2022-ci ilin maliyyə hesabatlarında səhvə yol vermələri səbəb olub.

Oyunçu satışından əldə edilən mənfəəti qaydalara uyğun göstərmədikləri üçün Kataloniya təmsilçisi 500 000, “qırmızı şeytanlar” isə 300 000 avro məbləğində cərimə olunublar.

Analoji sanksiya ümumilikdə 9 kluba tətbiq olunub. Cərimə olunan klublar arasında “Konyaspor” (Türkiyə), APOEL (Kipr), “Riqa” (Latviya), “Olimpiya” (Sloveniya), “Slovan” (Slovakiya), “Portu” (Portuqaliya) və “Anderlext” (Belçika) da var.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər