http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Adrian Mutu: "Neftçi"ni layiq olduğu yerə qaldırmağa hazıram"

15 İyul 2023 , 15:37
Adrian Mutu: "Neftçi"ni layiq olduğu yerə qaldırmağa hazıram"

"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu klubun mətbuat xidmətinə müsahibə verib.

"Operativ Media" xəbər verir ki, rumıniyalı mütəxəssis "ağ-qaralar"a təyinatından danışıb:

"Neftçi" ilə danışıqlar bir neçə həftə əvvəl başladı. Uzun gedən danışıqlardan sonra gəlməyə qərar verdim. Zəng gəldikdən sonra komanda haqqında daha dərindən araşdırmalara başladım və "Neftçi"nin klub olaraq nə anlam verdiyimi öyrəndim. Klubu çox bəyənirəm, bilirəm ki, ölkənin ən çılğın azarkeş qrupunda malik böyük komandadır. Hər şeydən çox cəlb edən isə təklif olunan layihə oldu".

Mutu ondan əvvəl "Neftçi"yə rəhbərlik edən Laurentsiu Regekampfla münasibətlərindən söz açıb. O, həmyerlisi ilə Bakı klubu haqda danışdığını söyləyib:

"Regekampfla uzun müddətdir, dostuq, Eyni zamanda da millinin şərəfini qorumuşuq. Ondan "Neftçi" haqda soruşdum və cavabında olduqca yaxşı informasiyalar verdi. Amma ətraflı danışmadıq, çünki şəxsən araşdırmaq istədim. Çalışacam ki, məndən əvvəl baş verənlər unudulsun. Yeni layihəyə başlayırıq. Burada olduğum üçün xoşbəxtəm və uğurlar qazanmaq üçün istəkliyəm. Əminliklə deyə bilərəm ki, uğurlar üçün 200 faiz işləməyə hazıram. Səmimi deyim, Adrian Neaqa ilə danışmamışıq. Baxmayaraq ki, bir-birimizi çoxdan tanıyırıq. "Neftçi" haqda onunla danışmağa imkan olmadı. Həm də bunu münasib görmürəm. Çünki "Neftçi" adi deyil, böyük klubdur".

Mütəxəssis komandanın mövcud durumuna da toxunub. O, zamana ehtiyaclarının olduqlarını bildirib:

"Üzərimizdə işləməli olduğumuz çox şey var. Bu, olduqca vacibdir. Bizim çoxlu bə böyük istəyimiz var. Hansı mövqeyə oyunçuların tələb olunduğu ilə bağlı danışmaq tezdir. Zamana ehtiyacım var, düzgün dəyərləndirməliyəm. Yeni oyunçular lazımdır. Çünki qarşıda Konfrans Liqası da daxil olmaqla bir neçə yarış var. Sağlam rəqabət aparmaq üçün geniş heyətimiz olmalıdır. Bu çağırışa yüz faiz yazıram. Baxmayaraq ki, 7 il məşqçilik, 20 ildən də çox futbolçu karyeram var. Futbol oynamağa başlayanda evimi tərk edəndən sonra bir çox ölkə və mədəniyyətlə tanış olmuşam. Bu baxımdan özümü bəxtəvər hesab edirəm. "Neftçi"yə uyğunlaşmaqda problemim olmayacaq. Ona görə bayaq da qeyd etdim ki, bura istirahət etməyə gəlməmişəm, qələbələr üçün buradayam. "Neftçi"ni layiq olduğu yerə qaldırmağa hazıram".

"Neftçi" Konfrans Liqasında "Jelezniçar" - "Dinamo" (Minsk) cütünün qalibi ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun bərabərliklə başa çatıb. Mutu potensial rəqibləri ilə bağlı fikirlərini bölüşüb:

"Jelezniçar" - "Dinamo" (Minks) görüşü haqda çox danışa bilmərəm. Yalnız cavab matçını izlədim. Komandaların cavab oyununu canlı izləyəcəm. Bundan sonra fikir bildirə bilərəm. Çox vaxtım yoxdur, amma bu, bəhanə deyil. Burada olduğum müddətdə əlimdən gələni edəcəm ki, komanda hazır vəziyyətdə olsun. Bir sözlə, mövcud heyətdən maksiumum yararlanmağa çalışacam".

Rumıniyalı məşqçi sonda təzyiqdən qorxmadığını və döyüşkən komanda yaratmaq istədiyini qeyd edib:

"Azarkeşlərlə dediyim əlaqə nəticələrlə gələcək. "Neftçi" Azərbaycanın ən böyük klubudur. Qərarımı verəndə hansı təzyiqlərlə üzləşəcəyimdən xəbərim var idi. Qorxmuram, təzyiq məni işimə daha çox kökləyir. Ümid edirəm ki, futbolçular da belədir. Təzyiqdən qaçmaq lazım deyil. Bütün böyük klublarla belə hallar olur. Bunu üçün meydanda bütün gücünü qoymalısan. Hesab və nəticələrdən asılı olmayaraq, meydanlardan azmkarlıqla döyüşərək, alnı açıq çıxmaq üçün hər şeyi etməliyik".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

XƏBƏR LENTİ
  • 23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • 23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • 22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu