Menyu

Pakistanda daşqınlardan zərər çəkmiş ərazilərdən təxliyə edilənlərin sayı 14 minə çatıb

Nərmin Qocamanlı
Pakistanda daşqınlardan zərər çəkmiş ərazilərdən təxliyə edilənlərin sayı 14 minə çatıb

Pakistanın Pəncab əyalətində güclü musson yağışlarının səbəb olduğu daşqınlar səbəbindən son 6 gündə təxliyə edilənlərin sayı 14 minə çatıb.

"Operativ Media" xəbər verir ki, Pakistan mətbuatında yer alan xəbərlərə görə, daşqın Pəncabın Lahor şəhərindən 60 kilometr aralıda, Hindistan sərhədindəki Kasur bölgəsində təsirli olub.

Səlahiyyətlilər son 6 gündə 14 min insanın Kasur bölgəsində daşqınlardan zərər çəkmiş kəndlərdən təhlükəsiz bölgələrə təxliyə edildiyini açıqlayıb.

Pakistan Meteorologiya Departamenti, Bəlucistan və Sind əyalətində gələn həftə ərzində güclü yağışların davam edəcəyini bildirərək, daşqın ehtimalı barədə ictimaiyyətə xəbərdarlıq edib.

Teqlər:

"Pakistanda daşqınlardan zərər çəkmiş ərazilərdən təxliyə edilənlərin sayı 14 minə çatıb"

Əlaqəli Xəbərlər