"Operativ Media" xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-nin Corciya əyalətində baş verib.
Əyalətin Henri dairəsi rəsmilərinin verdiyi açıqlamada bildirilib ki, polis paytaxt Atlantanın cənubundakı Hampton şəhərində baş verən atışma ilə bağlı araşdırma başladıb.
Şübhəlinin hələ də tapılmadığı, onun saxlanması istiqamətində işlərin davam etdirildiyi bildirilib.