Menyu

Sudan kənarda yaşaya bilən yeni balıq növü kəşf edilib

Sudan kənarda yaşaya bilən yeni balıq növü kəşf edilib

Cənubi Amerika ölkəsi Boliviyada saatlarla sudan kənarda qala bilən və fərqli nəfəs alma tərzinə malik yeni balıq növü kəşf edilib.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, tədqiqatçı Heinz Arno Drawert tərəfindən kəşf edilən yeni balıq növləri öz iradəsi ilə sudan çıxıb, saatlarla çöldə qalıb və nəfəs almağa davam edib.

Uzun illərdir balıq növləri ilə bağlı geniş araşdırmalar apardığını ifadə edən Drawert qeyd edib: "Bu qəribə balığın uzunluğu təxminən beş santimetrə çatır, gövdəsi yaşılımtıl-boz, rəngli ləkələr və naxışlara malikdir. Müəyyən və müvəqqəti su ekosistemlərində yaşayır".

Bu balıq növünün sudan öz iradəsi ilə çıxdığına diqqət çəkən Drawert, "Yumurtaları quraqlığa dözə bilir, onları gölməçələrin dibində palçığa və torpağa basdırırlar. Yumurtalara heç bir şey olmaz, bu balığın əsas xüsusiyyətlərindən biri yumurtaların uyğunlaşmasıdır”, - deyə əlavə edib. 

Yeni kəşf edilən balıq növünün qorunması lazım olduğunu vurğulayan tədqiqatçı Drawert sözlərini belə yekunlaşdrıb: "Son 20-30 ildə yeni balıq növünün kəşf edildiyi ərazidə böyük bir genişlənmə var. Yaşayış yerlərinin çoxu artıq mövcud deyil, asanlıqla deyə bilərik ki, onların təbii yaşayış yerlərinin 60-70 faizi yox olub”.

Teqlər:

"Sudan kənarda yaşaya bilən yeni balıq növü kəşf edilib"

Əlaqəli Xəbərlər