Menyu

"Qalatasaray" yeni hücumçu ilə gücləndi

Əziz Əzizli
"Qalatasaray" yeni hücumçu ilə gücləndi

"Qalatasaray” növbəti transferini rəsmiləşdirib.

"Operativ Media" xəbər verir ki, Türkiyə çempionu “Brentford”dan Halil Dervişoğlunu transfer edib.

23 yaşlı futbolçunun transferi üçün İngiltərə klubuna 500 min avro ödənilib. Hücumçu ilə 4 illik müqavilə imzalanıb. Futbolçu köhnə-yeni komandasında 21 nömrəli formanı geyinəcək.

Rotterdam “Sparta”sının yetirməsi olan Halil 2020-ci ildə “Brentford”a transfer olunsa da, bu komandada möhkəmlənə bilməyib. O, Premyer Liqa klubunda heyətə düşə bilmədiyi üçün “Tvente” və “Börnli”də, eləcə də iki dəfə “Qalatasaray”da icarədə oynamaq məcburiyyətində qalıb. Halil həm də Türkiyə milli komandasının üzvüdür. O, yığmada 15 oyuna 6 qol vurub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər