Menyu

Türkiyə sahillərində 9 miqrant xilas edilib

Türkiyə sahillərində 9 miqrant xilas edilib

Yunan tərəfinin geri göndərdiyi 9 qeyri-qanuni miqrant xilas edilərək Türkiyənin Balıkəsir vilayətinin Ayvalık bölgəsində sahilə çıxarılıb.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sahil Təhlükəsizlik Komandanlığı qruplarına Ayvalık sahillərində miqrantları daşıyan rezin qayıqların tapıldığı barədə məlumat verilib.

Bundan sonra bölgəyə gedən qruplar Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 9 qeyri-qanuni miqrantı xilas edib.

Mühacirlərə qida, içki, dərman və tibbi ləvazimat kimi humanitar yardımlar edilib.

Xilas edilən miqrantlar daha sonra Balıkəsir İl Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.

Teqlər:

"Türkiyə sahillərində 9 miqrant xilas edilib"

Əlaqəli Xəbərlər