Menyu

NATO Rumıniyada “Poseidon 2023” hərbi dəniz təliminə başlayıb

NATO Rumıniyada “Poseidon 2023” hərbi dəniz təliminə başlayıb

NATO şənbə günü Rumıniyanın Konstansa limanında çoxmillətli “Poseidon 2023” hərbi dəniz təliminə başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Minalara qarşı mübarizə təlimində NATO-nun doqquz üzv ölkəsindən: Belçika, Bolqarıstan, Fransa, Yunanıstan, İtaliya, Rumıniya, Türkiyə, Böyük Britaniya, ABŞ-dən 750-dən çox hərbçi iştirak edib. Təlim Rumıniya Hərbi Dəniz Qüvvələri tərəfindən təşkil edilir.

Rumıniya Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Korneliu Eudjen Kozakaru təlimlər barədə danışarkən qeyd edib: “Biz regionda gəmiçiliyi minalardan qorumaq üçün bu təlimləri həyata keçiririk. Məqsəd minalarla qarşılaşdıqda onu ləğv etməyə hazır olmaqdır”.

Rumıniya və Bolqarıstanın hər il növbə ilə ev sahibliyi etdiyi təlim Konstansa dəniz limanında və Qara dənizin qərbindəki təlim bölgələrində həyata keçirilir.
 

Teqlər:

"NATO Rumıniyada “Poseidon 2023” hərbi dəniz təliminə başlayıb"

Əlaqəli Xəbərlər