http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Murad Musayev: "Komandada sürətli irəliləyiş var"

16 İyul 2023 , 13:57
Murad Musayev:  "Komandada sürətli irəliləyiş var"

Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Sabah” dünən Almaniyanın “Sankt-Pauli” klubu ilə yoxlama oyunu keçirib.

"Operativ Media" xəbər verir ki, matçdan sonra baş məşqçi Murad Musayev “Sabah” TV-yə müsahibə verib.

Rusiyalı mütəxəssis müsahibə zamanı hazırlıq, yoxlama oyunları və digər məsələlər barədə fikirlərini bildirib.

- Təlim-məşq toplanışını necə dəyərləndirirsiz?

- Hazırlığın təşkilinə görə rəhbərliyə təşəkkür etmək istəyirəm. Burada komanda üçün gözəl şərait yaradılıb. Havar şəraiti, meydançalar yüksək səviyyədədir. Üstəlik, güclü rəqiblərlə yoxlama oyunları keçirdik. Futbolçuların təlim-məşq toplanışına yanaşmasından da çox razıyam. Onlar məşqlərdə inamlı təsir bağışlayırlar. Addım-addım öz ideal formalarını bərpa edirlər. Komanda daxilində müsbət əhval-ruhiyyə var.

- Artıq 3 yoxlama oyunu keçirmisiz. Bu matçlar barədə fikirlərinizi öyrənmək istərdik.

- İlk oyunumuz "Qəbələ" ilə oldu. Hansı ki, bu matçın ilk 20 dəqiqəsində çox yaxşı təsir bağışladıq. İkinci görüşümüz "Əl Sədd"ə qarşı oldu. Komandamız 45 dəqiqə yaxşı oynadı. Bugünkü oyuna gəldikdə isə komanda mənfi nəticə əldə etsə də, 90 dəqiqə taktiki baxımdan eyni tempdə oynamağı bacardı və döyüşkən futbol sərgilədi. Addım-addım irəliləyirik. İndi nəticə yox, oyunçuların keyfiyyət və fiziki hazırlıq baxımından inkişaf etməsi mühümdür. Komandada sürətli irəliləyiş var.

- Yeni transferlər barədə nə deyə bilərsiniz?

- Yeni futbolçuların komandaya - komanda yoldaşlarına, məşqçilərə və digər əməkdaşlara uyğunlaşması üçün zamana ehtiyac var. Bu prosesə səbirlə yanaşmaq və addım-addım irəliləmək lazımdır. Yeni transferlərin bəziləri komandaya daha tez qoşuldular. Məsələn, Rəhman kimi. O, hazırlığın ilk günündən bizimlədir. Bəzi futbolçular isə, məsələn, Sofian komandaya bir az gec qoşuldu. Buna baxmayaraq, artıq yaxşı formadadır. Hazır vəziyyətdə gəlmişdi. uyğunlaşma üçün çox az vaxt lazım oldu. O, artıq bütün oyunlarda ilk dəqiqələrdən meydanda olur. Marqaria gələndə yüngül zədəsi var idi və bir müddət fərdi məşq etdi. Tezliklə komanda ilə məşqlərə qoşula biləcək. Vinsent Till isə komandaya hamıdan gec qoşuldu, lakin onun hazırlığı da kifayət qədər yaxşı vəziyyətdədir. Bugünkü oyunda 0 30 dəqiqə meydanda oldu. Görürdük ki, 20 dəqiqə oynamağa hazır idi. O da optimal formasını bərpa etməyə çox yaxındır. Buna tədricən nail olmaq lazımdır. Tələsmirik, şadıq ki, bu futbolçular bizimlədir. Məhz onların komandada olmasını istəyirdim. Əminəm ki, bizi daha gücləndirəcəklər.

- Yeni mövsüm öncəsi azarkeşlərə nə demək istərdiniz?

- Son mövsümdə yaxşı nəticəyə imza atdıq. Təkcə qazanılan xallar yox, həmçinin sərgilənən futbol baxımından azarkeşlərimizi sevindirdik. Öz növbəsində onlar da bizi daim irəli səslədilər. Müxtəlif performanslara, hazırladıqları bannerlərlə öz dəstəklərini nümayiş etdirdilər. Ev və səfər oyunlarında komandanın yanında oldular. Onları yenə sevindirməyə çalışacağıq. Bizi qarşıda çətin və maraqlı mövsüm gözləyir. Hansı ki, bura avrokubok oyunları da daxildir. İnanıram ki, həm biz, həm də azarkeşlərimiz addım-addım irəliləyərək, daha da yaxşı olacağıq. Ümid edirəm ki, qarşıda bizi xoş hisslər gözləyir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı

Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı

ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi

ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi

Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

XƏBƏR LENTİ
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:05

    Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 08:35

    Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı
  • 08:31

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:04

    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
Menyu