Menyu

Almaniya XİN: "Ukrayna mövzusunda Rusiya ilə danışıqlar üçün heç bir şərt görmürük"

Almaniya XİN: "Ukrayna mövzusunda Rusiya ilə danışıqlar üçün heç bir şərt görmürük"

"Ukraynada nizamlanma prosesində Rusiya ilə danışıqlar üçün yeni şanslar görmək istəyirik, lakin hazırda bunun üçün heç bir şərt görmürük".

"Operativ Media" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Baerbok deyib.

Xarici işlər naziri "Bild am Sonntag" qəzetində dərc olunan və "Welt" televiziya kanalında yayımlanan müsahibəsində bildirib. Rusiya hakimiyyəti ilə danışıqların mümkün olub-olmaması ilə bağlı suala diplomat belə cavab verib: “Aydındır ki, son 500 gündə yaranmış vəziyyətlə bağlı yeni şərtlər görünmür. Kaş ki, danışıqlar apara bilsəydik. Amma indi söhbət arzudan yox, reallıqla üz-üzə gəlməyin zəruriliyindən gedir".

O, sülhün ancaq rus əsgərləri Ukraynanı tərk etməsi ilə gələcəyini qeyd edib.

Baerbokun sözlərinə görə, Almaniya Xarici İşlər Nazirliyi və hökuməti Rusiyanın xüsusi hərbi əməliyyatı dayandırması üçün diplomatik səylər göstərir.

Teqlər:

"Almaniya XİN: \"Ukrayna mövzusunda Rusiya ilə danışıqlar üçün heç bir şərt görmürük\""

Əlaqəli Xəbərlər