Menyu

İspaniyada meşə yanğınlarında 4500 hektar ərazi külə dönüb

İspaniyada meşə yanğınlarında 4500 hektar ərazi külə dönüb

İspaniyanın La Palma adasında davam edən meşə yanğınlarında 4500 hektar ərazi külə dönüb, 4255 nəfər isə ərazidən təxliyə edilib.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, adanın şimalındakı El Pinar de Puntagorda meşə sahəsində başlayan yanğın cənubdakı Ticarafe şəhərinə çatıb.

Yanğın nəticəsində rayonda 4 min 500 hektar sahə külə dönüb, 4 min 255 nəfər rayondan təxliyə edilib. 

Kanar Adaları Regional Hökumətinin rəhbəri Fernando Klavixo yanğının yayılmasına səbəb kimi külək və isti hava dalğalarını göstərib. İspaniyanın baş naziri Pedro Sançes Klavixo ilə görüşüb və yanğından zərər çəkənlərlə həmrəy olduğunu, bütün lazımi alətləri La Palma hakimiyyətinin sərəncamına verəcəyini bildirib.

Teqlər:

"İspaniyada meşə yanğınlarında 4500 hektar ərazi külə dönüb"

Əlaqəli Xəbərlər