İran Polis Xidmətinin sözçüsü Seyid Muntazer əl-Mehdi məcburi hicab qaydasını pozanlarla mübarizə üçün ölkə daxilində yeni tədbirlərə başladıqlarını söyləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Məlumata görə, Polis Xidmətinin sözçüsü Seyid Muntazer əl-Mehdi məcburi hicab qaydası ilə bağlı açıqlamalar verib.
Mehdi bildirib ki, hicab qaydasını pozanlara qarşı ölkə daxilində avtomobillə və piyada patrullar yaradılacaq. Bu şəxslərə polis tərəfindən xəbərdarlıq ediləcək. Xəbərdarlıqlara məhəl qoyulmasa, sözügedən şəxslər ədliyyə orqanlarına sövq ediləcək.
Sözçü qadınlardan bu məsələdə polisə köməklik etmələrini istəyib.