Ana səhifə / Dünya / Hatayda meşə sahəsində yanğın başlayıb Hatayda meşə sahəsində yanğın başlayıb 16.07.2023, 16:44 Hatayın Belen rayonunda meşə yanğını baş verib. Alovlar qrupların havadan və qurudan müdaxiləsi ilə söndürülməyə çalışılır. "Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Soğukölük məhəlləsinin meşə sahəsində başlayan yanğının səbəbi hələlik bilinmir. Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğın küləyin təsiri ilə böyüyüb. Xəbərdarlıq üzərinə bölgəyə bir yanğınsöndürmə vertolyotu, çox sayda sudaşıyan avtomobillər və Meşə Region Müdirliyi qrupları sövq edilib. Ekipajlar yanğına havadan və yerdən müdaxilə etməyə davam edir. Teqlər: "Hatayda meşə sahəsində yanğın başlayıb"