Suriya və Yunanıstandan Türkiyəyə keçməyə çalışan terrorçular saxlanılıb
Nərmin Qocamanlı
Türkiyə Silahlı Qüvvələri Türkiyədən Yunanıstana, Suriyadan isə Türkiyəyə qeyri-qanuni yollarla keçməyə cəhd edən 22, Yunanıstandan Türkiyəyə keçməyə cəhd edən 6 nəfəri saxlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Araşdırmalar nəticəsində həbs edilən şəxslərdən 16-nın FETÖ, 3-nün isə PKK/PYD/YPG terror təşkilatı üzvü olduğu müəyyən edilib.
Teqlər:
"Suriya və Yunanıstandan Türkiyəyə keçməyə çalışan terrorçular saxlanılıb"