Estoniya 1.2 milyard avroluq silah almağı planlaşdırır
Nərmin Qocamanlı
Estoniyanın müdafiə naziri Hanno Pevkur 2024-2027-ci illər üçün silahlı qüvvələrin inkişafı planını təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, plana uyğun olaraq HIMARS reaktiv yaylım atəş sistemləri, orta mənzilli hava hücumundan müdafiə raket sistemi, eləcə də hərbi sursatların alınması planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunun üçün rekord məbləğ - 1,2 milyard avro ayırılıb.
Teqlər:
"Estoniya 1.2 milyard avroluq silah almağı planlaşdırır"