Menyu

ABŞ-də kütləvi qətllər son 17 ilin pik həddinə çatıb

Nərmin Qocamanlı
ABŞ-də kütləvi qətllər son 17 ilin pik həddinə çatıb

ABŞ-da kütləvi qətllər son 17 ildə ən yüksək həddə çatıb.

"Operativ Media" xəbər verir ki, məlumata görə, 2023-cü ilin yanvarından bu günə kimi ölkədə 140-dan çox insan qətlə yetirilib.

ABŞ-da yerləşən "Associated Press" xəbər agentliyi, "USA Today" gündəlik qəzeti və "Northeastern" Universiteti birgə araşdırma aparıb.

Müvafiq olaraq, yanvarın 1-dən iyunun 30-dək ölkədə 28-dən çox kütləvi qətl hadisəsi baş verib.

Hücumların 99 faizində odlu silahdan istifadə edilib.

Qeyd edək ki, ABŞ-da fərdi silahlanmanın qarşısını almaq üçün bəzi addımlar atılıb.

Keçən il qüvvəyə minən qanun layihəsi ilə silah lisenziyası almaq üçün yaş həddi 18-dən 21-ə qaldırılıb.

Teqlər:

"ABŞ-də kütləvi qətllər son 17 ilin pik həddinə çatıb"

Əlaqəli Xəbərlər