"Araz-Naxçıvan" klubu yeni loqosunu təqdim edib

Əziz Əzizli
"Araz-Naxçıvan" klubu yeni loqosunu təqdim edib

Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın yeni loqosu hazırlanıb.

"Operativ Media" xəbər verir ki, klubun ənənəvi ağ-qırmızı rəngləri fonunda hazırlanan loqoda Naxçıvanın simvollarından, yamacları sıldırımlı, zirvəsi 2400 metrdən hündür olan Haça dağ, türk mifalogiyasında müqəddəs heyvan hesab olunan boz qurd, eləcə də futbolun əsas atributu – top əks olunub.

Loqoya klubun yaradılma tarixi və səkkizguşəli ulduz da həkk olunub.

Digər xəbərlər