17 İyul 2023, 10:52
"Sumqayıt" estoniyalı hücumçu transfer etdi

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK ilk əcnəbi futbolçu keçidini həyata keçirib.
"Operativ Media" xəbər verir ki, "Sumqayıt "son mövsüm Bolqarıstanın “Lokomotiv Plovdiv” klubunda çıxış etmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-nin “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv Plovdiv” klublarının şərəfini qoruyub. 24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.