Çanaqqalada meşə yanğını səbəbindən 1 kəndin sakinləri təxliyyə edilib
Nərmin Qocamanlı
Türkiyənin Çanaqqala bölgəsində 17 saatdır davam edən meşə yanğınının nəzarət altına alınması üçün işlər aparılır.
"Operativ Media" xəbər verir ki, yerli vaxtla 16.31-də Kızılkeçili kəndi yaxınlığında başlayan yanğına helikopter və təyyarələr müdaxilə edib.
Havadan 13 helikopter və 5 təyyarə, 60 su çiləyici, 19 su təchizatı maşını, dozer və qurudan gələn çox sayda dəstək qrupu ilə alovların söndürülməsi üçün işlər aparılır.
Yanğının başvermə səbəbləri də araşdırılır.
Dünən küləyin təsiri ilə yayılan alov səbəbiylə 211 əhalisi olan Kəməl kəndi ehtiyat tədbiri olaraq boşaldılıb, daxili işlər nazirinin müavini Münir Karaloğlu və Kənd Təsərrüfatı və Meşə nazirinin müavini Veysəl Tiryaki bölgəyə gəlib.
Çanaqqala valisi İlhami Aktaş və bərabərindəki heyətlə araşdırmalar aparıb.
Teqlər:
"Çanaqqalada meşə yanğını səbəbindən 1 kəndin sakinləri təxliyyə edilib"