Fransa çempionu PSJ-nin azarkeş qrupları serbiyalı futbolçunun Paris klubuna keçəcəyi təqdirdə Turin "Yuventus"unun hücumçusu Duşan Vlahoviçin üç barmağını kəsməklə hədələyiblər.
PSJ stadionunun yaxınlığında "Parisdə sənin üç barmağını kəsəcəyik" yazısı olan plakat peyda olub.
"Operativ Media" İtaliyanın “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, Vlahoviçin Kosovonun Serbiyanın bir hissəsi kimi təsvir olunduğu xəritə olan köynək geyindiyi üçün azarkeşlər onun bu jestinə reaksiya veriblər.
Daha əvvəl PSJ-nin Vlahoviçin transferi üçün 90 milyon avro ödəməyə hazır olduğu məlum olub.
Vlahoviç son mövsümdə italiyalı Massimiliano Alleqrinin rəhbərlik etdiyi komanda ilə 42 matçda iştirak edib, 14 qol vurub, 4 məhsuldar ötürmə edib.
Vlahoviçin "Yuventus"la müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. Transfermarkt onun transfer dəyərini 70 milyon avro qiymətləndirir.
Vlahoviç əvvəllər Serbiyanın "Partizan" və İtaliyanın "Fiorentina"sında çıxış edib.






