Menyu

BMT: "Rusiyanın taxıl müqaviləsini dayandırması dərin təəssüf doğurur"

BMT: "Rusiyanın taxıl müqaviləsini dayandırması dərin təəssüf doğurur"

“Biz Rusiyanın Qara dəniz taxıl sazişini ləğv etmək, o cümlədən Qara dənizin şimal-qərbində dəniz nəqliyyatını təmin etmək zəmanətindən imtina etməsindən dərin təəssüf hissi keçiririk”.

"Operativ Media" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

Quterreş Rusiyanın Taxıl Dəhlizi Sazişini dayandırması ilə bağlı açıqlama verib.

Qərardan "dərin təəssüfləndiklərini" ifadə edən Quterreş BMT-nin Ukrayna və Rusiyadan qida və gübrə üçün dünya bazarına maneəsiz çıxışını asanlaşdırmağa çalışacağını, bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.

Teqlər:

"BMT: \"Rusiyanın taxıl müqaviləsini dayandırması dərin təəssüf doğurur\""

Əlaqəli Xəbərlər