Menyu

Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir

Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz turunun ilk dayanacağı olaraq Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib.

"Operativ Media" xəbər verir ki, Ərdoğanı Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Ciddə regional əmirinin müavini Bədir Bin Sultan, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Əl-Səud, Türkiyənin Ər-Riyaddakı səfiri Fatih Ulusoy, Türkiyənin Yəməndəki səfiri Mustafa Pulat və İslam Əməkdaşlıq Təşkilatının daimi nümayəndəsi Səfir Mehmet Metin Eker qarşılayıb.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğanı xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, AK Partiya sədr müavini Ömər Çelik, Zəfər Sırakaya, AK Partiya millət vəkilləri Hulusi Akar, Mustafa Varank, Nurəddin Nebati və MHP millət vəkili İsmayıl Faruk Aksu, Prezident Administrasiyasının rəhbəri Metin Kıratlı, Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsinin direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi sədri Haluk Gör, Dövlət Arxivliyi rəhbəri Uğur Ünal, prezidentin müşaviri səfir Akif Çağatay Kılıç müşayiət edir.

Ərdoğan Ciddə təmasları çərçivəsində Əl Salam sarayında rəsmi mərasimlə qarşılanacaq, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman ilə təkbətək və geniş tərkibdə görüşlərdə iştirak edəcək.

Ərdoğanın şərəfinə təşkil olunacaq rəsmi şam yeməyinə də qatılacaq.

Teqlər:

"Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir"

Əlaqəli Xəbərlər