Zelenski Ukrayna XİN-ə Taxıl Təşəbbüsünün Rusiyasız davam etdirilməsi ilə bağlı göstəriş verib
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Xarici İşlər Nazirliyinə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyəyə Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsünü Rusiya olmadan davam etdirməyə hazır olduqlarına dair məlumat verməyi tapşırıb.
"Operativ Media" xəbər verir ki, Zelenskinin mətbuat katibi Sergey Nikiforov Rusiyanın taxıl sazişindən çıxması ilə bağlı Zelenskinin bəzi açıqlamalarını paylaşıb.
Mətbuat katibinə görə, Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı biri Ukrayna, Türkiyə, BMT, digəri isə Rusiya, Türkiyə və BMT arasında 2 razılaşmanın olduğunu bildirən Zelenski deyib: “Rusiya müqaviləni dayandırdığını dedikdə anlaşmaları BMT-nin baş katibi Antonio Quterreş və prezident Rəcəb Tayyib Ərdoğanla pozur. Bizim onlarla heç bir razılaşmamız yoxdur”.
Zelenski həmçinin deyib: “Mən Rusiyadan gələn rəsmi cavadan sonra Xarici İşlər Nazirliyimizə BMT və Türkiyəyə rəsmi mesajlar hazırlamağı, Ukrayna prezidenti kimi təşəbbüsümüzü davam etdirməyə hazır olduğumuza dair mövqemizi onlara göndərməyi tapşırdım”.
Teqlər:
"Zelenski Ukrayna XİN-ə Taxıl Təşəbbüsünün Rusiyasız davam etdirilməsi ilə bağlı göstəriş verib"