Menyu

Türkiyənin Balıkesir vilayətində də meşə yanğınları başlayıb

Türkiyənin Balıkesir vilayətində də meşə yanğınları başlayıb

Balıkəsirin Sındırgı rayonunda meşə yanğını baş verib. 

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğına havadan və qurudan müdaxilə edilir.

Alyaka Məhəlləsində başlayan meşə yanğınının hansı səbəbdən baş verdiyi hələlik bilinmir. 

Hadisə yerinə xilasetmə qrupları və Balıkesir Meşə Region Müdirliyi qrupları bölgəyə sövq edilib.

Yanğının söndürülməsinə 76 canlı qüvvə, 13 su daşıyan texnika, 2 su təchizatı maşını, 5 ilkin tibbi yardım maşını və 1 helikopter cəlb olunub.

Teqlər:

"Türkiyənin Balıkesir vilayətində meşə yanğınları başlayıb"

Əlaqəli Xəbərlər