Menyu

Olaf Şolts Rusiyanın taxıl müqaviləsindən çıxması barədə danışıb

Olaf Şolts Rusiyanın taxıl müqaviləsindən çıxması barədə danışıb

Almaniya kansleri Olaf Şolts Rusiyanın Qara dəniz vasitəsilə taxıl daşınmasına dair müqaviləni yeniləməməsini pis xəbər kimi qiymətləndirib.

"Operativ Media" xəbər verir ki, bu barədə alman lider özü açıqlama verib.

“Rusiyanın Qara dəniz vasitəsilə taxıl daşınması ilə bağlı müqaviləni yeniləməkdən imtina etməsi pis xəbərdir. Təcavüzlə bir dövlətin ərazilərini işğal edən bir ölkə üçün bu həm də dünyanın qalan hissəsinə pis mesajdır”, - Şolts deyib.

"Cənubi Amerika başda olmaqla bir çox bölgələr yüksək qiymətlər, ərzaq təhlükəsizliyi problemləri və digər çətinliklər səbəbiylə Rusiyanın başladığı müharibənin təsirlərini yaşayır", - o bildirib.

"Mən qəti şəkildə inanıram ki, Avropanın dünyanın digər ölkələri ilə münasibətlərində hörmət vacibdir və bizim də Avropanın müstəmləkə keçmişi ilə bağlı bir məsələmiz var. Mən bu razılaşmaların tamamlanmasının tərəfdarıyam”, - alman lider əlavə edib.

Teqlər:

"Olaf Şolts Rusiyanın taxıl müqaviləsindən çıxması barədə danışıb"

Əlaqəli Xəbərlər