Rusiya taxıl dəhlizi sazişinin bərpası üçün şərtlərini açıqlayıb
Moskva Qərbin Rusiya ərzaq və gübrələrinə tətbiq etdiyi sanksiyalardan əl çəkəcəyi təqdirdə, iyulun 18-də fəaliyyətini dayandıracaq Qara Dəniz Taxıl Dəhlizi Sazişinə qayıdacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Təxminən bir il əvvəl, 2022-ci il iyulun 22-də İstanbulda bir-biri ilə əlaqəli iki sazişin imzalandığını xatırladan bəyanatda bu paket sazişlərin qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi, aclıq təhlükəsinin azaldılması, Asiya, Afrika və Latın Amerikasının inkişaf etməmiş ölkələrinə yardım kimi humanitar məqsədlər daşıdığı bildirilib.
“Bir ildən sonra bu sazişlərin həyata keçirilməsi üzrə işlərin nəticələri mənfi görünür”, - məlumatda deyilir.
Ukraynanın ərzaq ixracatının son ana qədər “Kiyevin və onun Qərb kuratorlarının maraqlarına xidmət etmək” məqsədi daşıdığı müdafiə edilən bəyanatda, taxıl təşəbbüsü ilə indiyədək 32,8 milyon ton yükün ixrac edildiyi, bunun 26,3 milyon tondan çoxunun orta gəlirli, o cümlədən Avropa İttifaqı (Aİ) səviyyəsindəki ölkələrə göndərildiyi bildirilib.
Açıqlamada, ən kasıb ölkələrə, xüsusilə Efiopiya, Yəmən, Əfqanıstan, Sudan və Somaliyə cəmi 922 min 92 ton taxıl göndərildiyi qeyd edilib.