Menyu

Putin: "Rusiya Krım körpüsündə törədilən terror aktına görə cavab verəcək"

Putin: "Rusiya Krım körpüsündə törədilən terror aktına görə cavab verəcək"

"Təbii ki, Rusiyadan cavab olacaq. Müdafiə Nazirliyi müvafiq təkliflər hazırlayır".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Krım körpüsünə edilən hücumla bağlı danışərkən deyib.

O, Krım körpüsünə hücumla bağlı hökumət rəsmiləri ilə görüşüb.

Hücumun Ukrayna tərəfindən həyata keçirildiyini vurğulayan Putin deyib: "Bu, Kiyev rejiminin növbəti terror hücumudur. Krım körpüsü hərbi yüklərin daşınması üçün istifadə edilməyib. Günahsız dinc insanların həlak olduğu bu vəhşi hücumun heç bir hərbi mənası yoxdur".

Rusiyanın hücuma cavab verəcəyinə işarə edən Putin, "Təbii ki, Rusiyadan cavab olacaq. Müdafiə Nazirliyi müvafiq təkliflər hazırlayır", - deyə xəbərdarlıq edib.

Krım körpüsünün ikinci dəfə hücuma məruz qaldığını vurğulayan Putin lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün səlahiyyətlilərdən konkret təkliflər gözlədiyini də bildirib.

Hücum səbəbilə körpü avtomobillərin hərəkətinə bağlanıb.

Teqlər:

"Putin: \"Rusiya Krım körpüsündə törədilən terror aktına görə cavab verəcək\""

Əlaqəli Xəbərlər