NASA təyyarələrin yaratdığı çirklənməni araşdıracaq
NASA AEROMMA layihəsi ilə dünyanın ən böyük uçan elm laboratoriyası olduğu bildirilən NASA-nın DC-8 təyyarəsini istifadə edərək, Nyu-York və Toronto kimi şəhərlər üzərində alçaq hündürlükdə uçuşlar həyata keçirəcək və insan tərəfindən törədilən çirklənmə mənbələri haqqında məlumat toplayacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə NASA açıqlama yayıb.
Açıqlamaya görə, iyun ayında başlayan və avqustun ortalarına qədər davam edəcək AEROMMA (Meqa Şəhərlərdən Dəniz Bölgələrinə Müşahidə Atmosfer Emissiyaları və Cavablar) layihəsi ilə alimlərin dünyanın ən böyük uçan elmi laboratoriyası DC-8 təyyarəsindən istifadə edərək müxtəlif şəhərlər üzərində alçaqdan uçacaq və atmosferdəki çirklənməni araşdıracaq.
Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və NASA arasında ortaq bir layihə olduğu bildirilən AEROMMA ilə elm adamları Şimali Amerikanın Los-Anceles, Çikaqo, Nyu-York və Toronto da daxil olmaqla ən sıx məskunlaşılan ərazilərinə uçaraq araşdırma aparacaqlar.
Teqlər:
"NASA təyyarələrin yaratdığı çirklənməni araşdıracaq"