Menyu

Fransa Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Sazişindən çıxmaq qərarını pisləyib

Fransa Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Sazişindən çıxmaq qərarını pisləyib

Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Sazişinə xitam verməklə Ukrayna limanlarına qeyri-qanuni blokada tətbiq etdiyini bildirib və bu qərarı pisləyib.

"Operativ Media" xəbər verir ki, Nazirlik Rusiyanın Qara dəniz vasitəsilə taxıl daşınmasına dair müqaviləni yeniləməmək qərarı ilə bağlı açıqlama yayıb.

“Rusiya bu regionda dəniz nəqliyyatının qarşısının alınmasına görə məsuliyyət daşıyır və Ukrayna limanlarına qeyri-qanuni blokada tətbiq edir”, - bəyanatda deyilir.

Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Sazişindən çıxmasını pisləyən bəyanatda Rusiyanı qlobal ərzaq təhlükəsizliyi məsələsində “şantaj”a son qoymağa və qəbul edilən qərardan geri addım atmağa çağırıb.

Vurğulanıb ki, Fransa öz tərəfdaşları ilə “dünyanın ən həssas əhali qrupları üçün ərzaq təhlükəsizliyi risklərini azaltmaq üçün fəaliyyətini artırmağa davam edəcək”.

Bəyanatda həmçinin qeyd olunub ki, Fransa Ukraynada ərzaq təhlükəsizliyi və qida çatışmazlığından əziyyət çəkən insanlara kömək etmək üçün bu il beynəlxalq ərzaq yardımını 840 milyon avrodan çox artırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər