ABŞ-nin şimal-şərqindəki Pensilvaniya ştatında qəfil sel həyatı iflic edib.
"Operativ Media" xəbər verir ki, təbii fəlakət infrasturktuta ziyan vurub. Sel nəticəsində 5 nəfər ölüb, 2 uşaq isə itkin düşüb. İtkin düşən uşaqların axtarışlarına təlim görmüş itlər də cəlb edilib. Məlumata görə, selə səbəb aramsız yağışlar olub. Qeyd edək ki, ABŞ-nin şimal-şərqinə son bir ay ərzində orta aylıq normadan üç dəfə çox yağıntı düşüb. Nəticədə Vermont, Nyu-York və Massaçusets ştatlarının bir hissəsində daşqınlar baş verib.
Teqlər:
"ABŞ-ın Pensilvaniya ştatında sel ölümə səbəb olub"