Menyu

İranda yenidən “əxlaq polisi” peyda olub

İranda yenidən “əxlaq polisi” peyda olub

İranın bir sıra şəhərlərində, xüsusilə paytaxt Tehran küçələrində yenidən əxlaq polisləri peyda olub.

"Operativ Media" xəbər verir ki, polis əməkdaşları küçələrdə, qovşaqlarda, metro stansiyaları, avtobus dayanacaqları və mərkəzi meydanlarda patrul xidməti yerinə yetirməyə başlayıb. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. İranın Baş Prokurorluğu əxlaq polisinin yenidən fəaliyyətə başladığını təsdiqləyib. Artıq onlarla qadın geyim qaydalarını pozduqlarına görə saxlanılıb. Bir çox hallarda isə qadınlar əxlaq polislərinə layiqli cavab verərək onları ərazilərdən qovub. Xatırladaq ki, ötən ilin dekabr ayında artan etirazlardan sonra əxlaq polisinin ləğv edildiyi xəbəri yayılmışdı. Bir qədər sonra bu xəbər təkzib edilsə də aylardır əxlaq polisinə küçələrdə rast gəlinmirdi.

Teqlər:

"İranda yenidən “əxlaq polisi” peyda olub"

Əlaqəli Xəbərlər