"Operativ Media" xəbər verir ki, təbiət hadisəsi torpaq sürüşmülərinə səbəb olub. Nəticədə avtomobillərə zərər dəyib. Ərdəbil valiliyi əyalətin bir sıra şəhərlərində selin fəsadları barədə məlumat yayıb. Bildirilib ki, əyalətin Bilasuvar şəhərində baş verən daşqınlar nəticəsində 50 kəndlə əlaqə kəsilib. Cəfərabad şəhərində isə 20 evi su basıb.