Menyu

Çinin xarici işlər naziri yoxa çıxıb

Çinin xarici işlər naziri yoxa çıxıb

Çinin xarici işlər naziri Qin Gang 20 gündən çoxdur ki, ictimaiyyət qarşısında görünmür.

"Operativ Media" xəbər verir ki, Çin lideri Si Cin Pinə sadiqliyi ilə seçilən ölkənin baş diplomatı sonuncu dəfə keçən ayın 25-i Rusiya XİN-nin muavini Andrey Rudenko ilə görüşüb. Bundan sonra nazirə heç bir mötəbər iclaslarda rast gəlinməyib. Hətta Qin Gang ASEAN ölkələrinin xarici işlər nazirlərinin illik toplantısına da qatılamyıb. Xarici jurnalistlərin “nazir haradadır” sualına Çinin Xarici İşlər Nazirliyinin sözçüsü “məlumatım yoxdur, lakin nazirlik işini davam etdirir” – deyə cavab verir. Qeyd edək ki, nazirin birdən-birə qeyb olması və haqqında heç bir məlumat verilməməsi onun ətrafında spekulyasiyaların yayılmasına səbəb olub. Qeyd edək ki, Qin Gang bundan əvvəl Çinin Vaşinqtondakı səfiri postunda əyləşib.

Teqlər:

"Çinin xarici işlər naziri yoxa çıxıb"

Əlaqəli Xəbərlər