http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Kaşuk "Sabah"la vidalaşdı

18 İyul 2023 , 09:16
Kaşuk "Sabah"la vidalaşdı

Ukraynalı futbolçu Aleksey Kaşuk "Sabah"la vidalaşıb.

"Operativ Media" xəbər verir ki, 23 yaşlı cinah oyunçusu bununla bağlı instaqram hesabında paylaşım edib:

"Hardan başlayacağımı bilmirdim. Böyük komanda və böyük insanlarla vidalaşmaq çətin və emosional bir andır. Bəzən hissləri ifadə etmək və bu məktubu yazmaq çətin olur. Əla vaxt keçirdiyim, unudulmaz anlar yaşadığım "Sabah"dan ayrılıram. Təcrübələrini mənimlə bölüşən və mənə kömək edən hər kəsə təşəkkür etmək istəyirəm. Rəhbərliyə, məşqçilərə, bütün heyətə, həkimlərə, klub işçilərinə təşəkkür edirəm, onların sayəsində özümü çox sevilən və əziz hiss edirəm.

Klubun hədəflərinə çatmasına futbolçu kimi kömək etmək üçün gəldim və sizin köməyinizlə buna nail olduq. Ailəm və mən klubda, ölkədə gördüyümüz xoş qarşılanmaya, sevgiyə görə sizə sonsuza qədər minnətdar olacağıq".

Kaşuk 2022-ci ilin martında "Şaxtyor"dan icarə əsasında "Sabah"a keçmişdi. Ukraynalı vinger Azərbaycan Premyer Liqasında keçirdiyi 39 oyunda 18 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

OXŞAR XƏBƏRLƏR
UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib

UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib

"Neftçi" isveçli mütəxəssislə yollarını ayırdı

"Neftçi" isveçli mütəxəssislə yollarını ayırdı

"Kəpəz" portuqaliyalı müdafiəçi ilə gücləndi

"Kəpəz" portuqaliyalı müdafiəçi ilə gücləndi

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu