Azərbaycan millisi Ermənistanla qarşılaşacaq
Əziz Əzizli
İyulun 19-da Kosovonun paytaxtı Priştinada basketbol üzrə U-16 yığmalarının Avropa çempionatının (U-16) C divizionunun oyunlarına start veriləcək.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisi B qrupunda yarışacaq.
Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Kipr (19 iyul), Ermənistan (21 iyul), Albaniya (23 iyul) və San Marino (24 iyul) ilə qarşılaşacaq.
Digər qrupda Andorra, Kosovo, Malta və Cəbəllütariq komandaları yer alıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net