Menyu

Polşada kiçik təyyarə anqara çırpılıb, 5 nəfər ölüb, 8 nəfər yaralanıb

Nərmin Qocamanlı
Polşada kiçik təyyarə anqara çırpılıb, 5 nəfər ölüb, 8 nəfər yaralanıb

Polşanın paytaxtı Varşava yaxınlığındakı hava limanında kiçik təyyarənin anqara çırpılması nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, BBC-nin xəbərinə görə, Cessna 208 tipli təyyarə Varşavadan 47 kilometr aralıda yerləşən Chrcynno kəndindəki anqarda qəzaya uğrayıb.

Qəza yerinə 4 helikopter və 10 təcili yardım maşını göndərilib.

Polis qəzada 5 nəfərin təyyarədə, 3 nəfərin isə anqarda olduğunu, anqarda olan 8 nəfərin yaralandığını açıqlayıb.

Qəzadan əvvəl 13 nəfərin pis hava şəraitindən qorunmaq üçün anqara sığındığı açıqlanıb.

Səlahiyyətlilər qəzanın ehtimal olunan səbəbinin pis hava şəraiti olduğu barədə məlumat paylaşıblar.

 

Teqlər:

"Polşada kiçik təyyarə anqara çırpılıb 5 nəfər ölüb 8 nəfər yaralanıb"

Əlaqəli Xəbərlər