Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanından sonra Qətərdə rəsmi səfərdədir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanındakı təmaslarını başa vurduqdan sonra Körfəz səfərinin ikinci dayanacağı Qətərə gedib.
"Operativ Media" xəbər verir ki, Ərdoğanı Həmad Beynəlxalq Hava Limanında Qətər baş nazirinin müavini və müdafiə naziri Halid bin Muhammed Al Atiyye, Türkiyənin Dohadakı səfiri Mehmet Mustafa Göksu və digər şəxslər qarşılayıblar.
Prezident Ərdoğan və xanımı Əminə Ərdoğanı xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, AK Partiya sədr müavini və Partiya sözçüsü Ömər Çelik, AK Partiya sədr müavini Zəfər Sırakaya, AK Partiya millət vəkilləri Hulusi Akar, Mustafa Varank, Nurəddin Nebati, MHP millət vəkili İsmayıl Faruk Aksu, Prezident Administrasiyasının İnzibati işlər üzrə rəhbəri Metin Kıratlı, Prezident Aparatının Kommunikasiyalar Şöbəsinin direktoru Fahrettin Altun, MİT sədri İbrahim Kalın, Müdafiə Sənayesi Başçısı Haluk Görgün, Dövlət Arxivliyinin rəhbəri Uğur Ünal və Prezidentin Baş müşaviri, səfir Akif Çağatay Kılıç Qətərə müşayiət edir.
Prezident Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani təkbətək görüşdən sonra heyətlər arasında keçiriləcək görüşə rəhbərlik edəcək.
Al Sani tərəfindən Ərdoğanın şərəfinə rəsmi şam yeməyi veriləcək.