Menyu

Polşa Rusiyanı “müstəmləkəçilik”də ittiham edib

Polşa Rusiyanı “müstəmləkəçilik”də ittiham edib

Polşanın baş naziri Mateusz Morawiecki Rusiyanın Ukrayna müharibəsi ilə beynəlxalq hüququ pozduğunu deyib və bu ölkəni “müstəmləkəçiliyi davam etdirməkdə” ittiham edib.

"Operativ Media" xəbər verir ki, o, Brüsseldə keçirdiyi mətbuat konfransında Rusiyanı tənqid edib. 

“Latın Amerikası müstəmləkəçilikdən çox əziyyət çəkib. Rusiya təcavüzkar mövqeyi ilə müstəmləkə imperiyası olaraq qalır. Beynəlxalq hüququn pozulmasına razılıq verilə bilməz. Beynəlxalq hüququ pozanlar beynəlxalq ictimaiyyətdən kənarlaşdırılmalıdır”, - Polşa lideri qeyd edib. 

Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini yeniləməyəcəyi ilə bağlı açıqlamasına toxunan Morawiecki Polşa hökumətinin fermer vətəndaşlarının hüquqlarını qorumaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

Teqlər:

"Polşa Rusiyanı “müstəmləkəçilik”də ittiham edib"

Əlaqəli Xəbərlər