http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İspaniya Ukraynaya "Leopard" tankları göndərəcək

18 İyul 2023 , 21:33
İspaniya Ukraynaya "Leopard" tankları göndərəcək

İspaniya Müdafiə Nazirliyi bu gün Ukraynaya səhra xəstəxanası göndərdiyini, gələn həftə isə 4 ədəd "Leopard 2A4" tipli tank və digər hərbi ləvazimatları çatdıracağını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, İspaniya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, aprel ayında Ukraynaya göndərilən 6 ədəd "Leopard 2A4" tipli tankdan sonra gələn həftə daha 4 tankın yola düşəcəyi bildirilib.

Açıqlamada Ukraynaya 4 ədəd “Leopard” tankı, 10 zirehli transportyor və çoxlu sayda zirehli yolsuzluq avtomobili, yük və təcili yardım maşınlarının göndəriləcəyi, yüngül və ağır silah-sursatların daşınmasının yay boyu davam edəcəyi bildirilib.

İspaniya bu gün Ukraynaya aptek ləvazimatları, sterilizasiya, laboratoriya əşyaları və sahə xəstəxanası göndərib.

Müdafiə naziri Marqarita Robles mətbuata bildirib ki, İspaniyanın hər il 2000 Ukrayna əsgərinə təlim keçmək vədinin 90 faizi artıq yerinə yetirilib.

OXŞAR XƏBƏRLƏR
Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır

Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır

Bayden Ağ Evdə Zelenskini qəbul edəcək

Bayden Ağ Evdə Zelenskini qəbul edəcək

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu