Hollandiya Türkiyəyə ixrac məhdudiyyətini aradan qaldırıb
Hollandiya Türkiyəyə müdafiə sənayesi üçün nəzərdə tutulan ixrac məhdudiyyətini aradan qaldırmağa qərar verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Hollandiyanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və İqtisadiyyat və İqlim İşləri Nazirliyi birgə mətn dərc edib.
Üç nazirliyin birgə mətni Avropada müdafiə sahəsində əməkdaşlığın daha da yaxınlaşmasını təşviq etmək üçün Hollandiya hökumətinin silah ixracına nəzarətlə bağlı gördüyü tədbirləri ictimaiyyətə çatdırıb.
Mətndə Hollandiya hökumətinin Avropa müdafiə əməkdaşlığını gücləndirmək və Hollandiyanın bu layihələrdə iştirakını təşviq etmək istədiyi bildirilmiş və bunun Avropada ədalətli rəqabət tələb etdiyinə diqqət çəkilmişdir.
Bu çərçivədə hazırda Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı üçün qüvvədə olan müdafiə sənayesi avadanlıqlarının ixracına qoyulan məhdudiyyət qərarının dərhal sona çatacağı qeyd edilib.
Teqlər:
"Hollandiya Türkiyəyə ixrac məhdudiyyətini aradan qaldırıb"