Ana səhifə / Dünya / Ərdoğan Qətər Əmirinə Togg hədiyyə edib Ərdoğan Qətər Əmirinə Togg hədiyyə edib 18.07.2023, 22:40 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Hamed Əl Saniyə Türkiyənin ilk yerli avtomobili olan Togg hədiyyə edib. "Operativ Media" xəbər verir ki, Ərdoğan və Əl Sani Lüsail sarayında təkbətək görüşdükdən sonra heyətlər arasında da görüş keçirib. Danışıqlardan əvvəl Ərdoğan Əl Saniyə Togg hədiyyə edib. Ərdoğan Əl Saninin sükanı arxasına əyləşdiyi Togg-la təkbətək görüşün keçirildiyi binaya gedib. Görüş zamanı Qətər əmiri Əl Sani prezident Ərdoğana argentinalı futbolçu Lionel Messinin imzası ilə Qətərdə keçirilən FIFA 2022 Dünya Çempionatının finalında oynadığı topu göstərib. Teqlər: "Ərdoğan Qətər Əmirinə Togg hədiyyə edib"